100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

ELAN : “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, “Vəkil loqo dizaynı” mövzusunda I Vəkil müsabiqəsi

13 April 2023    277 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, “Vəkil loqo dizaynı” mövzusunda I Vəkil müsabiqəsinın keçirilməsi nəzərdə tutmuşdur.
 
Müsabiqənin məqsədi vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin formalaşmasında, cəmiyyət tərəfindən vəkillik institutunun təbliği üçün xüsusi əhəmiyyətə malik olan qrafik görüntülü simvolların aşkar edilməsi və qiymətləndirilməsidir.
 
İştirak
Yarışmada vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin iştirakı nəzərdə tutulur.
 
Təsvirlərin təqdimi
Simvollar vəkil bürosu və fərdi qaydada fəaliyyət göstərən vəkilin elektron poçt ünvanı vasitəsilə “.jpg” fayl formatında safarovpasha@gmail.com ünvanına göndərilir.
Göndərilən simvollar rəngli (yalnız qara rəngdən hazırlanmış simvollar istisna olmaqla) formada olmalıdır.
 
Tarix
Yarışmaya simvol göndərmə müddəti 31 iyul 2023-cü il, saat 23:00-da bitir.
 
Mükafat
Yarışmada ilk 3 yeri qazanan simvol sahiblərinə hədiyyə və diplomlar təqdim ediləcək.
 
Birinci yer –   300 manat məbləğində hədiyyə kartı
İkinci yer –    200 manat məbləğində hədiyyə kartı         
Üçüncü yer – 100 manat məbləğində hədiyyə kartı

 
Digər
Simvollar vəkil bürosuna və fərdi qaydada fəaliyyət göstərən vəkilə məxsus olmalıdır. Bu barədə göndərilən təsvirlə yanaşı, təsvirin vəkil bürosuna və fərdi qaydada fəaliyyət göstərən vəkilə məxsus olmasını təsdiq edən məlumat qeyd olunmalıdır.
 
İştirakçıların göndərdikləri simvolda olan görüntülərlə bağlı məlumat vermək hüquqları mövcuddur.
 
Seçici qrup
Seçici Qrup müsabiqənin həqiqiliyi naminə açıqlanmır.
 
Əlaqə:
Telefon: (+994)55 680 70 67 (Paşa Səfərov)
Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007