100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı barədə məlumat

29 January 2021    3212 share share

Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.

Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 05.03.2021-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur.  Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcəkdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alaraq vəkilliyə qəbulla bağlı yazılı test imtahanı 05.03.2021-ci il tarixdə hər növbədə 140 namizəd olmaqla iki növbəli olaraq saat 09:00-da və 14:00-da baş tutacaqdır. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcəkdir.

Əlavə olaraq bildiririk ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 247 namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olduğunu nəzərə almalıdırlar.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.