100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

"Qadına qarşı yönələn şiddətlə mübarizədə hüquq və psixologiyanın yeri" mövzusunda konfrans keçirilmişdir

10 March 2021    1331 share share

9 mart 2021-ci il tarixində Türkiye Barolar Birliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə  8 mart Dünya Qadınlar Günü çərçivəsində “Qadına qarşı yönələn şiddətlə mübarizədə hüquq və psixologiyanın yeri” mövzusunda zoom platforması vasitəsilə konfrans təşkil olunmuşdur.

 

Türkiye Barolar Birliyi başkanı Metin Feyzioğlu, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov,Türkiye Barolar Birliyinin sədrinin müşaviri Necdet Basa, psixiatr Gönül Erdal Dağıstanlı və psixoloq Aygül Rüstəmovanın iştirakı ilə təşkil olunan konfransda qadına qarşı yönələn şiddətlə mübarizə sahəsində iki ölkə arasında mövcud olan oxşar və fərqli cəhətlər müqayisəli şəkildə araşdırılmışdır.

 

Müzakirə şəklində təşkil olunan konfransın sonunda spikerlərə müəyyən suallar verilmiş, konfransın yekunun protokollaşdırılması və akademik məqalə kimi dərc olunması qərara alınmışdır.