100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü beynəlxalq konfransda iştirak etmişdir

23 September 2021    941 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev 12-15 sentyabr 2021-ci il tarixlərdə Belarusiya Respublikasının paytaxtı Minsk şəhərində keçirilən "Qlobal iqtisadi çağırışların insanların əmək və sosial hüquqlarına təsiri" mövzusunda keçirilən konfransda iştirak etmişdir.
 
Belarusiya Həmkarlar İttifaqaları Təşkilatının və Belarusiya  Vəkillər Kollegiyası ilə birgə keçirdiyi konfransda iştirak Belarusiya Vəkillər Kollegiyasının sədri, Belarusiya Parlamentinin üzvü Viktor İvanoviç Çayçitsin dəvəti və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə baş tutmuşdur.
 
Tədbirdə müxtəlif ölkələrin 300-dən artıq yüksək vəzifəli şəxsləri, o cümlədən beynəlxalq hüquq sahəsində ekspertlər, Belarusiya Respublikasının Əmək və Əhalinin Sosial Təminatı naziri, Səhiyyə naziri və Xarici İşləri nazirləri iştirak etmişlər.
 
Vüqar Babayev konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təmsil edərək çıxış etmiş, yerli televiziya kanallarına konfransın gündəliyində olan məsələlərlə bağlı müsahibə vermişdir.
 
Tədbir təşkilatçıları konfransa faəl dəstəyinə görə Azərbaycan dövlətinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova və iştiraka görə Rəyasət Heyətinin üzvü Vüqar Babayevə öz minnətdarlıqlarını bildirmişlər.