100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Sabirabadda deputatın təşəbbüsü ilə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilmişdir

21 September 2021    979 share share

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi və "Pro Bono" Vəkil Bürosunun vəkillərinin iştirakı ilə Sabirabada vətəndaşlar üçün növbəti dəfə “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.

Görüşdə 47 vətəndaşın 54 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.

Bundan əlavə, pulsuz hüquqi yardımı həyata keçirmiş “Pro Bono” vəkil bürosunun vəkilləri Araz Həsənov və İqbal Rzazadəyə vətəndaşların ərizə və şikayətlərini nəzarətə götürmüş və icraata qəbul etmişdir.