100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Dövlət rüsumu ilə bağlı ixtisasartırma təlimləri keçirilmişdir

28 September 2021    467 share share

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklər” mövzusunda 24, 27 və 28 sentyabr tarixlərində onlayn qaydada ixtisasartırma təlimləri keçirilmişdir.

Təlimlərdə 100-dən çox vəkil, təlimçi qismində isə Ədliyyə Akademiyasının Mülki hüquq və mülki proses kafedrasının baş müəllimi Əsmər Əliyeva iştirak etmişdir.

Sonda müzakirə təşkil olunmuş və vəkillərin sualları təlimçi tərəfindən cavablandırılmışdır.