Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-NİN NÜMAYƏNDƏLƏRİ VƏKİLLƏR KOLLEGİYASINDA OLMUŞLAR

08 fevral 2019    1535 share share

Bu günlərdə BMT-nin Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Kollegiyanın rəhbərliyi ilə görüş keçirmişdir.

Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən qonağa ötən il ərzində vəkillik sahəsində görülmüş işlər, vəkilliyə qəbulun vəziyyəti, gələcək birgə layihələrin icrası məsələləri müzakirə edilmişdir. Cənab Şoklnikov öz növbəsində ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi üçün vəkillərin davamlı peşə hazırlığının səviyyəsinin yüksəldilməsi istiqamətində görülməli olan işlər barədə öz tövsiyələrini vermiş, bunun üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini vurğulamış, gələcəkdə BMT-nin aidiyyəti qurumları tərəfindən Kollegiyaya bu sahədə dəstək veriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Komissarının Bakı ofisinin nümayəndəsi Kamran Bağırov da iştirak etmişdir.

Sonda qonaqla xatirə şəkili çəkdirilmişdir.