Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün inzibati hüquqa dair təlim keçirilmişdir

05 iyul 2019    2028 share share

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlərin davamı olaraq, vəkillər üçün 05.07.2019-cu il tarixdə “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda mövzusunda seminarlar keçirilmişdir.

Seminarlarda ekspert qismində müvafiq olaraq inzibati hüquq üzrə təlimçilərdən olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun mühazirələri dinlənilmiş, mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Gələcəkdə Vəkillər Kollegiyası üzvləri üçün bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulmuşdur.