Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 29-30 iyun 2021-ci il tarixlərində ADA Universitetində Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə keçirilmişdir. Müsabiqədə ADA Universiteti, Gömrük Komitəsinin Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyasından olan tələbələr iştirak edib.
Müsabiqədə 1-ci yerə Polis Akademiyasının, 2-ci yerə Bakı Dövlət Universitetinin, 3-cü yerə isə ADA Universitin komandaları layiq görülmüşdür. Bütün qalibləri səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Qeyd etmək istərdik ki, yarışda hakim qismində Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov və Rəyasət Heyətinin üzvü Turqay Hüseynov da iştirak etmişlər.