22.09.2021-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir.
İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
Daha sonra iclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
Həmçinin iclasda bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.