Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Nərimanov rayonunda ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir.

06 noyabr 2022    537 share share

05 noyabr 2022-ci il tarixində “8 Noyabr - Zəfər Günü” münasibətilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi ilə “Femida” Vəkil Bürosunun vəkilləri tərəfindən ərazi məhdudiyyəti olmadan şəhid ailələrinə və qazilərə, eləcə də, 20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan şəxslər üçün ödənişsiz hüquqi yardım aksiyası təşkil edilmişdir.

Hüquqi yardım aksiyası çərçivəsində “Femida” Vəkil Bürosunun vəkilləri tərəfindən ümumilikdə 62 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, hüquqi məsləhətlər verilmiş, həmçinin müvafiq yazılı ərizələr tərtib edilmişdir. 

Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi mülkiyyət hüququ, sosial yardım, şəhid adı, mənzil hüququ, əmlak tələbi, məhkəmədə olan maddi ziyanla bağlı məsləhət, aliment qərarının icrası və müavinətlərlə bağlı, sökülmüş tikili ilə bağlı müvafiq orqanların hərəkətlərindən şikayət, ehtiyatda olan hərbiçiyə mənzil verilməsi, qanunsuz işdən çıxarılma ilə bağlı qüvvədə olan məhkəmə qərarı ilə əlaqədar, sosial yardım və müavinətlər, şəhidlik statusunun verilməsi, şəhid ailələrinə verilmiş evin özəlləşməsi bağlı olmuşdur.